Biz peşəkar 360° çəkilişləri təklif edirik
2014-cü ildən fəaliyyətə başlayan "Azerbaijan360” Virtual Tour Company hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdəndir. Qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atan şirkətimiz ölkəmizdə 360 dərəcəlik virtual tur, Dron çəkilişləri və 3D panoramlar həyata keçirən ilk şirkətdir.
Biz 360 dərəcəlik virtual tur və dron çəkilişləri ilə yanaşı eyni zamanda yüksək keyfiyyətli foto və video çəkilişləri, video roliklər, kliplər, tədbirlər, ad günləri və toy şənliklərinin də professional şəkildə çəkilişlərini həyata keçiririk.
www.azerbaijan360.az saytı "Azerbaijan360” Virtual Tour Company məhsuludur. Sayt öz izləyicilərinə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələri, muzeylər, tarix və memarlıq abidələri, restoranlar, klublar, kafelər, butiklər, Fitness və SPA Mərkəzləri, otellər, müalicə-bərpa mərkəzləri, avtomobil salonları, əyləncə və alış-veriş mərkəzləri və digər tipli obyektlərlə addım-addım tanış olmaq üçün yüksək keyfiyyətli 360 dərəcəlik virtual turlar, Dron çəkilişləri və 3D panoramalar təqdim edir.
Təklif etdiyimiz xidmətlər
360° turlar
Peşəkar səviyyədə hazırlanan istənilən növ virtual turların çəkilişi
3D virtual turlar
LIDAR sensorlara malik xüsusi avadanlıqla məkanın 3D modelli çəkilişi
8K 360° video
6 ədəd 8K keyfiyyətə malik kameralarla təchiz olunmuş avadanlıq ilə peşəkar 360° video çəkiliş